Bank Of Baku

SSRİ-nin saxlanılması ilə bağlı referendumun əleyhinə səs vermiş millət vəkilləri dəyirmi masa keçiriblər

SSRİ-nin saxlanılması ilə bağlı referendumun əleyhinə səs vermiş millət vəkilləri dəyirmi masa keçiriblər
# 07 mart 2008 13:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. 1991-ci ildə SSRİ-nin saxlanılması ilə bağlı referendumun əleyhinə səs vermiş millət vəkillərinin bir qrupu dəyirmi masa keçirib. APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov bildirib ki, 1991-ci ildə martın 7-də Ali Sovetin iclasında 43 millət vəkili martın 17-nə təyin olunmuş referendumun keçirilməsinin əleyhinə səs verib. Onun sözlərinə görə, 43 deputatın 14-ü dünyasını dəyişib. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı o zamankı Azərbaycan hakimiyyətinin Moskvanın vədlərinə hələ də inandığını və müstəqillik üçün çalışanlara divan tutulduğunu qeyd edib. Onun sözlərinə görə, tarixin təhrif olunmasına ciddi etiraz edilməlidir. Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov Azərbaycanın tarixində utandırıcı günlərin olduğunu deyib: “Bunlardan biri 1920-ci ilin 28 aprel tarixidir. O zaman Azərbaycan xalqı öz istəyi ilə SSRİ-yə daxil olmaq qərarı verdi. 1991-ci ilin 17 martı da utandırıcıdır, çünki həmin gün keçirilən referendumun nəticəsinə görə guya xalq SSRİ-nin tərkibində köləliyi davam etdirməyə razılıq verirdi. Əslində həmin referendumun nəticələri saxtalaşdırılmışdı və sonradan da bu qanunsuzluğu edənlərə qarşı heç bir tədbir görülmədi”. Tədbirdə keçmiş deputatlardan İsa Qəmbər, Sülhəddin Əkbər, Tahir Kərimli, Fərəc Quliyev, Məryəm Həsənova, İsgəndər Həmidov, Mirmahmud Mirəlioğlu və digərləri çıxış ediblər. Tədbirin sonunda bəyanat qəbul olunub. Bəyanatda Azərbaycanın müstəqillik qazanmasında xidmətləri olan istiqlalçı deputatlara xüsusi status müəyyən edilməsi, dünyasını dəyişmiş deputatların xatirəsinin əbədiləşdirilməsi, 18 oktyabr tarixinə əsas dövlət bayramı statusunun verilməsi təklif olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR