Bank Of Baku

Sülhəddin Əkbər: “Süni şəkildə vahid namizəd müəyyənləşdirməyə ehtiyac yoxdur”

Sülhəddin Əkbər: “Süni şəkildə vahid namizəd müəyyənləşdirməyə ehtiyac yoxdur”
# 07 mart 2008 14:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Bəzi partiyaların prezident seçkiləri ilə bağlı konkret qərar verməməsi seçkiyə hazırlıq prosesini yubadır. Buna görə də Müsavat Partiyası bu seçkilərdə daha çox elektoratla işləməyə üstünlük verir”. APA-nın məlumatına görə, bu fikirləri Müsavat Məclisinin sədri Sülhəddin Əkbər deyib. Onun sözlərinə görə, partiyanın əvvəlki seçkilərdən fərqli taktika seçməsinin səbəblərindən biri də digər partiyaların seçkilərlə bağlı qeyri-müəyyən mövqeyidir: “Digər partiyaların mövqeyinin müəyyənləşməsini gözləmək bizim üçün vaxt itkisidir. İstənilən demokratik ölkədə seçkiyə bir il qalmış kampaniyanın qrafiki müəyyən olunur. Biz də belə qrafik hazırlamışıq və digər partiyalarla danışıqlar bizim işimizə mane ola bilər. Biz yaxın təcrübəni də nəzərə alırıq ki, müxalifətin bir araya gəlməsi və vahid namizəd irəli sürməsi ağır prosesdir. Ona görə də vaxt itirmədən elektoratla işləməyə üstünlük veririk. Çünki cəmiyyət ən güclü namizədi görür və onun ətrafında birləşir. Buna görə də süni şəkildə vahid namizəd müəyyənləşdirməyə ehtiyac yoxdur. Azərbaycanda müxalifət adından çıxış edən qüvvələr var ki, onlar xarici ölkələr və hakimiyyətlə bağlıdır. Biz yenə də xalqı aldatmaq fikrində deyilik. Gerçək müxalifət indiki hakimiyyətə qarşı açıq mübarizə aparan qüvvələrdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR