Bank Of Baku

Sülhəddin Əkbər: “Seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsə, Mərkəzi Seçki Komissiyasına öz nümayəndəmizi göndərməyəcəyik”

Sülhəddin Əkbər: “Seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsə, Mərkəzi Seçki Komissiyasına öz nümayəndəmizi göndərməyəcəyik”
# 07 mart 2008 14:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Müsavat Partiyası prezident seçkilərində iştirak etmək qərarı versə də, seçki komissiyalarının tərkibinə dəyişiklik edilməyəcəyi halda, Mərkəzi Seçki Komissiyasına öz nümayəndəsini göndərməyəcək”. APA-nın məlumatına görə, bu fikirləri Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər deyib. Onun sözlərinə görə, partiya komissiyaların tərkibinin paritet əsaslarla formalaşdırılması tələbində israrlıdır: “Digər tərəfdən, bu, müxalifətin eyni mövqedən çıxış etməsinə dair çox az saylı məsələlərdən biridir və biz də bunu müsbət qiymətləndiririk. Ona görə də güman edirik ki, eyni mövqedən çıxış etmək daha faydalı ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR