Bank Of Baku

Şimali Kiprin gənc siyasətçilərinin Azərbaycana səfəri yekunlaşıb

Şimali Kiprin gənc siyasətçilərinin Azərbaycana səfəri yekunlaşıb
# 07 mart 2008 14:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin dəvəti ilə Şimali Kipr Türk Respublikasının (ŞKTR) gənc siyasətçilərindən ibarət qrupun Azərbaycana səfərinin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, YAP Gənclər Birliyinin sədri Ramin Həsənov bildirib ki, Şimali Kipr siyasi partiyalarının gənclər təşkilatlarının nümayəndələri səfər müddətində Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatı ilə tanış olublar. Cümhuriyyətçi Türk Partiyasının gənclər təşkilatının sədri Çətin Ərbaş iki ölkə siyasi partiyalarının gənclər qurumlarının əməkdaşlığının vacibliyini vurğulayaraq birgə layihələr həyata keçirməyin mümkünlüyünü qeyd edib. Özgürlük və Reform Partiyası gənclər təşkilatının sədri Özgər Görgün isə Azərbaycan cəmiyyətində Kipr türklərinin problemləri haqda ətraflı bilgi olduğunu söyləyib. O, Şimali Kiprdə də Azərbaycanın problemləri haqda müfəssəl məlumatlı insanların olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR