Bank Of Baku

Sabir Rüstəmxanlı: “Prezident seçkilərində İlham Əliyevin qalib gəlmək şansı daha realdır”

Sabir Rüstəmxanlı: “Prezident seçkilərində İlham Əliyevin qalib gəlmək şansı daha realdır”
# 07 mart 2008 14:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Prezident seçkilərində hakimiyyətin namizədi olacaq İlham Əliyevin şansı və imkanları bütün digər namizədlərdən artıqdır. Ona görə də onun qələbə qazanmaq imkanları daha realdır”. APA-nın məlumatına görə, bu fikirləri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı söyləyib. Onun sözlərinə görə, payızda keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyini hələlik dəqiq bilmir. Partiya sədri bunu bir sıra məsələlərin hələ də dəqiqləşməməyi ilə izah edib: “Seçki Məcəlləsinə hansı dəyişikliklərin olunacağı bilinmir və müxalifətin mövqeyi də tam aydın deyil”. Seçkilərdə iştirak qərarı verən bəzi partiyalarla müqayisədə VHP-nin seçki komissiyalarında təmsil olunmaq baxımından vəziyyətinin daha yaxşı olmasına gəldikdə, S. Rüstəmxanlı bu faktı təsdiqləyib: “Amma elə seçki komissiyalarında təmsil olunduğumuz üçün də tənqid edilirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR