Bank Of Baku

ATƏT-in Bakı Ofisi: Azərbaycan mətbuatında ATƏT rəsmisinin bəyanatı təhrif edilib

ATƏT-in Bakı Ofisi: Azərbaycan mətbuatında ATƏT rəsmisinin bəyanatı təhrif edilib
# 07 mart 2008 14:50 (UTC +04:00)
BAKI. Tamara Qriqoryeva-APA. ATƏT Baş Katibinin baş məsləhətçisi Dov Linç Bakıda keçirilən NATO Parlament Assambleyasının tədbiri zamanı etdiyi çıxışın Azərbaycan mətbuatı tərəfindən təhrif olunduğunu bildirir. ATƏT-in Bakı Ofisindən APA-ya daxil olan məlumatda bildirilir ki, Kosovo məsələsinin unikal olması ilə bağlı səslənən bəyanatlara baxmayaraq, qondarma “Kosovo presedenti”nə dair müxtəlif mülahizələrin səslənməsinə münasibət bildirən Linç, “regional təhlükəsizliyə daha geniş hadisələrin təsir göstərə biləcəyini” bəyan edib. Lakin tərcümə yanlışlığından Azərbaycanın bəzi xəbər agentlikləri və qəzetləri Linçin bəyanatını təhrif olunmuş formada dərc edərək, onun guya Kosovo və Dağlıq Qarabağ münaqişələri arasında paralel apardığını yazıb.
Linç “sözlərinin təhrif edilməsindən çox məyus olduğunu” deyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR