Bank Of Baku

Elmar Məmmədyarovla Robert Simmons Azərbaycan-NATO əlaqələrini müzakirə ediblər

Elmar Məmmədyarovla Robert Simmons Azərbaycan-NATO əlaqələrini müzakirə ediblər
# 07 mart 2008 15:19 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qurumla ölkəmiz arasındakı əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu bildirən nazir Elmar Məmmədyarov bu əməkdaşlığın bundan sonra da ardıcıl səviyyədə davam etdiriləcəyinə əminliyini diqqətə çatdırıb. Nazir bu istiqamətdə NATO rəhbərliyi ilə Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatlarında Azərbaycanın iştirakının xüsusi əhəmiyyət daşıdığını və bu əməkdaşlığın bundan sonra da davam etdirilməsinin arzu olunduğunu qeyd edib. Nazir həmçinin bildirib ki, həyata keçirilməsinə yenicə başlanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının ikinci fazasının yerinə yetirilməsi nəticəsində qurumla ölkəmiz arasındakı əlaqələr yeni müstəviyə keçəcək. Qəbula görə təşəkkürünü bildirən Robert Simmons ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlər haqqında məlumat verib və qurumun Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini bildirib. Azərbaycanın NATO-nun rəhbərliyi altında həyata keçirilən sülhyaratma əməliyyatlarında iştirakını təqdirəlayiq hal hesab edən Simmons ölkəmizlə birgə həyata keçirilən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının birinci fazasının uğurla yerinə yetirildiyini və artıq ikinci fazasının yerinə yetirilməsinə başlandığını diqqətə çatdırıb. Görüşdə tərəfləri maraqlandıran bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR