Bank Of Baku

Elmar Məmmədyarov Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertoneni qəbul edib

Elmar Məmmədyarov Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertoneni qəbul edib
# 07 mart 2008 16:12 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-tacın dövlət katibi, kardinal Tarçizio Bertoneni qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ölkəmizə səfərindən və Bakıda katolik kilsəsinin açılmasında iştirakından məmnunluğunu ifadə edən qonaq, Vatikanın Bakıda nunsiaturasının açılması haqda qərar qəbul edildiyini və bu addımın ikitərəfli əlaqələri daha da intensivləşdirəcəyini bildirib. Kardinal T. Bertone həmçinin Azərbaycanda mövcud dini ənənələrin və dini siyasətin təqdirəlayiq olduğunu və həm regionda, həm də dünyada bu dini modelin böyük maraq kəsb etməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdə imici və nüfuzu üçün əhəmiyyətini vurğulayıb. Nazir Elmar Məmmədyarov ölkəmizdə əhalinin əksəriyyətini müsəlmanlar təşkil etsə də, bir sıra dini icmaların dinc yanaşı yaşadığını bildirərək, bu tarixi dini tolerantlığın cəmiyyətin vacib ünsürünü təşkil etdiyini qeyd edib. Nazir həmçinin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində minlərlə insanın öz torpağından didərgin düşdüyünü və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün diplomatik imkanlardan istifadə etdiyini qonağın diqqətinə çatdırıb. Daha sonra, tərəflər təhsil sahəsində əməkdaşlığı müzakirə edib, bu sahədə Heydər Əliyev Fondu ilə əməkdaşlığın qurulması və cəmiyyətin vacib elementi kimi gənclərin təhsilinin artırılması istiqamətində birgə fəaliyyət imkanlarını nəzərdən keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR