Bank Of Baku

Azərbaycandan Avropa Məhkəməsinin hakimliyinə namizədlərin Hakimlərin Seçilməsi üzrə Alt Komitəsində müsahibədən keçirilməsinin ilkin nəticələri müsbət olub

Azərbaycandan Avropa Məhkəməsinin hakimliyinə namizədlərin Hakimlərin Seçilməsi üzrə Alt Komitəsində müsahibədən keçirilməsinin ilkin nəticələri müsbət olub
# 07 mart 2008 16:58 (UTC +04:00)
Bu barədə APA-nın Avropa bürosuna AŞ PA-nın İnsan Haqları və Hüquq İşləri Komitəsinin katibliyindən bildirilib. Məlumatda qeyd olunur ki, artıq namizədlərin müsahibədən keçirilməsi prosesi başa çatıb, hər üç namizəd müsahibədə iştirak edib. İlkin nəticələr müsbət olub. Katiblikdən onu da vurğulayıblar ki, Alt Komitənin tövsiyəsinin tam mətni AŞ PA Bürosunun martın 13-də keçiriləcək iclasında açıqlanacaq. Namizədlərlə bağlı prinsipial qərarı da Büro verəcək. AŞ PA-nın yaz sessiyasında isə Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək şəxs təsdiqlənəcək. Qeyd edək ki, Azərbaycandan Avropa Məhkəməsinin hakimi vəzifəsinə Xanlar Hacıyev, Rövşən İsmayılov və Səadət Yusifovanın namizədlikləri irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR