Bank Of Baku

Elmar Məmmədyarov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Pyer Morelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Elmar Məmmədyarov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Pyer Morelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
# 07 mart 2008 17:03 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Pyer Morelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Qəbula görə təşəkkürünü bildirən Pyer Morel regiona səfəri haqqında geniş məlumat verib və Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əlaqələrin səviyyəsindən razılığını bildirib. Yeni Qonşuluq Siyasətinin həyata keçirilməsi ilə bu əməkdaşlığın daha da genişlənəcəyini vurğulayan Pyer Morel eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və enerji mənbələrinin diversifikasiyasında xüsusi rol oynadığı qeyd edib. Nazir Elmar Məmmədyarov ölkəmizin Avropa İttifaqı ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini qonağın diqqətinə çatdırıb və bu münasibətlərin bir çox sahəni əhatə etdiyini bildirib. O, enerji sahəsində qurumla Azərbaycan arasında faydalı əməkdaşlığın mövcudluğunu və bu əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb. Görüşdə tərəfləri maraqlandıran bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR