Bank Of Baku

İPAP-ın II hissəsində NATO-nun Azərbaycan DİN, MTN, FHN və Dövlət Sərhəd Xidməti ilə əlaqələrinin genişləndirilməsi nəzərdə tutulur

İPAP-ın II hissəsində NATO-nun Azərbaycan DİN, MTN, FHN və Dövlət Sərhəd Xidməti ilə əlaqələrinin genişləndirilməsi nəzərdə tutulur
# 08 mart 2008 13:34 (UTC +04:00)
APA-nın məlumatına görə, xüsusi nümayəndə Azərbaycana səfərinin əsas iki məqsəd daşıdığını bildirib: “Səfərimin əsas məqsədləri Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının (İPAP) II hissəsinin başlanmasına dair rəsmi Bakı ilə müzakirələr aparmaq və NATO Parlament Assambleyasının “Rouz Ruot” seminarında iştirak etmək idi. Qeyd edim ki, İPAP-ın II hissəsi artıq dünən Brüsseldə təsdiqlənib”. Azərbaycan prezidenti, xarici işlər və müdafiə nazirləri ilə görüşdüyünü deyən R. Simmons prezident İlham Əliyevlə NATO-nun bu il aprelin 2-4-də Buxarestdə keçiriləcək sammitinin gündəliyində duran məsələlərlə bağlı fikir mübadiləsi apardığını söyləyib: “Azərbaycan prezidenti ilə sammitdə müzakirə olunacaq Əfqanıstandakı NATO sülhməramlılarının sayının artırılması, NATO-ya yeni üzvlərin qəbulu və enerji təhlükəsizliyi məsələlərinə dair fikir mübadiləsi apardıq. Bundan başqa, Azərbaycan rəsmiləri ilə görüşlərdə NATO-Azərbaycan münasibətləri, əlaqələrin gələcək inkişafı da diqqət mərkəzində oldu”. İPAP-ın I hissəsinin başa çatdığını deyən xüsusi nümayəndə bu hissədə əsas istiqamətlərin Azərbaycan Müdafiə Nazirliyi sistemində islahatlar, hərbi təhsilin səviyyəsinin artırılması, Müdafiə Nazirliyi ilə ölkənin digər strukturları arasında əlaqələrinin gücləndirilməsi olduğunu xatırladıb: “İPAP-ın ikinci hissəsində nəzərdə tutulan istiqamətlər sırasında isə Müdafiə Nazirliyi sistemində islahatların davam etdirilməsi ilə yanaşı, NATO-nun Azərbaycanın Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti ilə əlaqələrinin genişləndirilməsi və digər məsələlər əksini tapıb”. Azərbaycanın Müdafiə Nazirliyi sistemində islahatların davam etdirilməsinin zəruriliyini qeyd edən xüsusi nümayəndə bu sırada orduya vətəndaş nəzarətinin, o cümlədən parlament nəzarətinin gücləndirilməsinin, müdafiə nazirinin mülki şəxs olmasının vacibliyini vurğulayıb: “Məsələn, Azərbaycan sülhməramlılarının Kosovodan geri çağırılması barədə qərar parlament tərəfindən verildi. Biz istərdik ki, gələcəkdə də hərbi sahə ilə bağlı müəyyən qərarlar məhz parlament tərəfindən qəbul olunsun”. NATO-nun Azərbaycan Ordusunda aparılan islahatlara maliyyə vəsaiti ayırmaq niyyətində olmadığını söyləyən R. Simmons bunu Azərbaycanın kifayət qədər maliyyə ehtiyatının olması ilə əlaqələndirib: “Azərbaycan enerji resurslarından kifayət qədər gəlir götürür, odur ki, NATO-nun yardımına ehtiyacı yoxdur. Biz islahatların aparılmasında Azərbaycana yalnız texnologiya sahəsində və Müdafiə Nazirliyinin büdcəsinin daha səmərəli xərclənməsində yardımçı ola bilərik”. NATO-Azərbaycan münasibətlərinin getdikcə inkişaf etdiyini deyən R. Simmons bu ilin iyununda ANAMA ilə NATO-nun Etimad Fondu arasında əməkdaşlığa dair növbəti danışıqların olacağını deyib. Azərbaycanın NATO-ya üzvlüyü perspektivlərinə toxunan xüsusi nümayəndə rəsmi Bakının hələlik belə bir niyyət ifadə etmədiyini xatırladıb: “Hələlik Azərbaycandan belə bir müraciət olmayıb. Müraciət olsa, müzakirə olunar. Bununla belə, NATO onsuz da İPAP çərçivəsində Azərbaycanla əməkdaşlıq edir və bu əməkdaşlıq gündən-günə genişlənir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR