Bank Of Baku

NATO baş katibinin xüsusi nümayəndəsi: “Hesab edirəm ki, Kosovodakı əməliyyatlarla bağlı vəziyyət hər an dəyişə bilər”

NATO baş katibinin xüsusi nümayəndəsi: “Hesab edirəm ki,  Kosovodakı əməliyyatlarla bağlı vəziyyət hər an dəyişə bilər”
# 08 mart 2008 13:41 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons deyib. Kosovoda keçirilən sülhyaratma əməliyyatlarına iştirakına görə rəsmi Bakıya təşəkkürünü çatdırdığını qeyd edən xüsusi nümayəndə Azərbaycan sülhməramlılarının NATO-nun Əfqanıstanda həyata keçirdiyi sülhyaratma əməliyyatlarında iştirakını davam etdirdiyini xatırladıb. O, Əfqanıstandakı Azərbaycan hərbçilərinin sayının artırılması məsələsinə də münasibət bildirib: “Bu, rəsmi Bakıdan asılıdır. Azərbaycan Müdafiə Nazirliyi Əfqanıstandakı sülhməramlılarının sayını artırmağa nə vaxt hazır olduğunu bildirsə, bu məsələyə baxıla bilər”. Xüsusi nümayəndə Azərbaycanın Əfqanıstanın mülki həyatında da yaxından iştirakını arzuladıqlarını vurğulayıb. O, NATO-nun Əfqanıstanda Rusiya ilə də əməkdaşlıq etmək niyyətində olduğunu, bu məsələnin Bakıdan öncə səfər etdiyi Moskvada müzakirə etdiyini diqqətə çatdırıb: “Ola bilər ki, bu məsələ NATO-nun Buxarest sammitinə qədər həllini tapsın. Bununla əlaqədar Rusiya nümayəndə heyətinin danışıqlar aparmaq üçün yaxın vaxtlarda Brüsselə səfəri nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR