Bank Of Baku

Sülhəddin Əkbər: “Müsavatdakı fikir ayrılıqları demokratiyanın inkişafına xidmət edir”

Sülhəddin Əkbər: “Müsavatdakı fikir ayrılıqları demokratiyanın inkişafına xidmət edir”
# 09 mart 2008 10:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Partiyada fikir ayrılıqları, ziddiyyətlər olmalıdır. Demokratiya yalnız o zaman inkişaf edə bilər ki, belə fikir toqquşmaları olsun”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər partiya rəhbərliyində təmsil olunan şəxslər arasındakı fikir ayrılıqlarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, yalnız fikir ayrılıqları ortaya çıxan zaman həqiqət bəlli olur: “Hamı bütün məsələlər barədə eyni cür düşünsə, kommunist dövründə olduğu kimi çoxpartiyalı sistemə ehtiyac olmazdı. Ona görə də biz mövcud fikir ayrılıqlarını demokratiyanın inkişafı hesab edirik”. Partiyanın Məclis sədri olaraq “Yeni Müsavat” qəzetinin tribunasından istifadə edə bilməməsinə gəldikdə, S. Əkbər bildirib ki, sözügedən qəzet partiyanın rəsmi orqanı deyil: “İsa Qəmbər özü də təsisçi olmasına baxmayaraq, qəzetin işinə qarışmır. Kiminləsə münasibətlərim barədə isə danışmaq istəmirəm. Azərbaycanda informasiya məkanı genişdir. Mən həmin məkandan istifadə edirəm. Bundan artıq heç nə demək istəmirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR