Bank Of Baku

Azərbaycan İKT sammitinin yekun sənədinə Kosovonun müstəqilliyinin tanınması ilə bağlı müddəa daxil edilməsinin əleyhinə çıxıb - YENİLƏNİB

Azərbaycan İKT sammitinin yekun sənədinə Kosovonun müstəqilliyinin tanınması ilə bağlı müddəa daxil edilməsinin əleyhinə çıxıb - <font color=red>YENİLƏNİB </font>
# 10 mart 2008 10:09 (UTC +04:00)
Nazirlərin yığıncağından əvvəl isə ekspertlər səviyyəsində görüş keçirilib. Görüşdə liderlərin sammitində qəbul olunacaq sənədlər müzakirə edilib. “Zaman” qəzeti yazıb ki, Türkiyə tərəfi sammitin yekun sənədinə Kosovonun müstəqilliyinin tanınması ilə bağlı müddəa daxil etməyə cəhd göstərib. Lakin başda Azərbaycan, Misir, Sudan və İndoneziya olmaqla, bəzi ölkələr bunun əleyhinə çıxıblar. Nəticədə yekun sənədə yalnız Kosovo xalqı ilə həmrəyliklə bağlı müddəa daxil edilib. Nazirlərin və prezidentlərin görüşündə Türkiyənin bu məsələni yenidən qaldıracağı və öz mövqeyində israrlı olacağı bildirilir.
Azərbaycan XİN-in sözçüsü Xəzər İbrahim APA-ya açıqlamasında bildirib ki, ekspertlər səviyyəsində bir çox məsələlər müzakirə edilə və ya səsləndirilə bilər. Əsas məsələ isə konfransda həll olunur. O, Azərbaycanı görüşdə xarici işlər nazirinin müavini Vaqif Sadıxovun təmsil etdiyini də vurğulayıb.
Qeyd edək ki, indiyədək Kosovonun müstəqilliyini cəmi 5 müsəlman ölkəsi tanıyıb: Türkiyə, Albaniya, Malayziya, Əfqanıstan və Seneqal. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də analoji addım atmağa hazırlaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR