Bank Of Baku

Amerikanın federal marşalı Piter Elliot: “Murad Topolyanın bəxti gətirib ki, ona törətdiyi qeyri-qanuni hərəkətlərinə görə hökm 11 sentyabr hadisələrindən əvvəl oxundu” - EKSKLÜZİV

Amerikanın federal marşalı Piter Elliot: “Murad Topolyanın bəxti gətirib ki, ona törətdiyi qeyri-qanuni hərəkətlərinə görə hökm 11 sentyabr hadisələrindən əvvəl oxundu” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 11 mart 2008 08:07 (UTC +04:00)
Qısa arayış. Piter Elliot ABŞ hüquq-mühafizə orqanlarında çalışan Elliotlar ailəsinin 3-cü nəslinin nümayəndəsidir. 90-cı illərin sonunda o, Ohayo ştatında tapılan çoxlu sayda partlayıcı maddələr və silah-sursatla bağlı araşdırmaya rəhbərlik edib və həmin qanunsuz silahların Amerika Erməni Milli Komitəsinin o vaxtkı rəhbəri Murad Topolyana məxsus olduğunu sübuta yetirib. 5 il ərzində apardığı araşdırma zamanı Piter Elliot ştatda tapılan partlayıcı vasitələrin Murad Topolyana məxsus olduğunu, 1980-ci ildə BMT-nin Türkiyədəki nümayəndəliyi və 1981-ci ildə Türkiyənin Kaliforniyadakı Baş Konsulluğu qarşısında həyata keçirilən partlayışlar zamanı həmin sursatlardan istifadə edildiyini sübut edib. O, həmçinin bu partlayışı törədən şəxslərin birbaşa Murad Topolyana bağlılığını müəyyənləşdirib. Araşdırmasını bitirdikdən sonra Piter Elliot prezident Corc Buşdan təşəkkür məktubu alıb. 2003-cü ildə isə Corc Buş tərəfindən Ohayo ştatının Şimal dairəsinin federal marşalı təyin olunub. 2007-ci ildə Amerikanın Polis Təşkilatları Assosiasiyası tərəfindən “Ən yaxşı polis” adına layiq görülüb.

- Fevralın 27-də Amerika Erməni Milli Komitəsi sizin həbs etdiyiniz Murad Topolyanla konqresmen Hovard Bermanın (Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi sədrinin səlahiyyətlərini icra edir, Kaliforniyanın 28-ci dairəsindən Konqresə üzv seçilib) görüşməsi barədə məlumat yayıb. Sizcə, Murad Topolyanla görüşməkdən əvvəl konqresmenlər onun haqqında nəyi bilməlidirlər?
- Deyərdim ki, onlar görüşdükləri insanın kim olduğunu bilməlidirlər. Konkret Murad Topolyanın məsələsinə gəldikdə, qeyd etməliyəm ki, bu insan 2001-ci ildə 100 kilo partlayıcı maddə, atıcı silah və sursatı 1980-ci ildə Türkiyənin BMT-dəki nümayəndəliyini partlatmaqda istifadə etdiyi üçün həbs olunub. O, məhz bu cinayətə görə həbs olunub və həbsxanaya salınıb. Ona görə də mənim məsləhətim budur ki, görüşməzdən əvvəl kimlə bir masa arxasında oturacağınızı bilmək lazımdır.
- Sizə elə gəlmirmi ki, törətdiyi cinayətə görə səsvermə hüququndan məhrum edilmiş Murad Topolyanın daha çox seçmək hüququna malik seçicilərlə işləyən konqresmenlə görüşməsi çox qəribə haldır?
- Mən inanıram ki, cinayət törətdiyinə görə Murad Topolyan səsvermə hüququndan məhrum edilib. Fakt isə faktdır. Əsas demək istədiyim odur ki, o, federal məhkəmənin qərarı həbs edilib və binaların necə partladılması barədə məlumatlı olub. Mən 5 il bu iş üzərində işləmişəm, saatlarla vaxt sərf etmişəm və istintaqın hər bir detalını yaxşı xatırlayıram. Mən onun daxil olduğu və cinayətləri törədən təşkilat haqqında məlumatlıyam. Bilirəm onlar kimə nə ediblər. Ona görə də hər bir şəxsə məsləhətim budur ki, görüşdükləri insanların tarixçələrini bilsinlər. Biz onları görüşlərindən saxlaya bilmərik. Amma təhlükəsizlik məsələləri baxımından insanlar görüşdükləri şəxslər barədə məlumatlı olmalıdırlar.
- Sizcə, məhkəmə Murad Topolyanın işinə 2001-ci il sentyabrın 11-dən sonra baxsaydı, ona yenə də 3 il 6 ay iş verərdimi?
- Mənim qənaətimə görə, bu hökm ciddi şəkildə fərqlənərdi. Bir müddət əvvəl bu işi aparmış hakim mənə dedi ki, Murad Topolyan çox xoşbəxt insandır ki, ona hökm 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra oxunmayıb. 11 sentyabr terrorundan sonra ölkə qanunları çox sərtləşib və indiki halda Topolyanın vəziyyəti tamamilə fərqli olacaqdı. Qənaətim belədir ki, məhkəmə həmin terror aktından sonra aparılsaydı, Topolyan indi hələ də həyata həbsxananın dəmir barmaqları arasından baxırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR