Bank Of Baku

Londonda keçiriləcək “Dinc yanaşı yaşama üzrə beynəlxalq sammit” adlı tədbirə Azərbaycan təmsilçiləri də qatılacaq

Londonda keçiriləcək “Dinc yanaşı yaşama üzrə beynəlxalq sammit” adlı tədbirə Azərbaycan təmsilçiləri də qatılacaq
# 11 mart 2008 09:04 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. Martın 12-dən-14-dək Londonda “British Council”un dəstəyi və Avropa Şurası Baş Katibliyinin, eləcə də bu qurumun bir sıra yüksək səviyyəli rəsmi şəxslərinin iştirakı ilə “Dinc yanaşı yaşama üzrə beynəlxalq sammit” adlı tədbir keçiriləcək. 34 ölkədən siyasətçilərin, jurnalist və ictimai birlik sədrlərinin qatılacağı tədbirdə müzakirə obyekti cəmiyyətdə miqrasiya və etnik azlıqların ictimai həyatda iştirakı olacaq. “British Council”un Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, sammitdə həmçinin “Azərbaycanda etnik azlıqlar və onların ictimai həyatda rolu” mövzusunda da müzakirələr aparılacaq. Tədbirdə İctimai televiziyanın direktoru İsmayıl Ömərov, Əmək və Əhalinin sosial müdafiəsi nazirliyini Əmək və sosial məsələlər üzrə elmi-tədqiqat institutunun müdiri Məsum Məmmədov və İsmayıllı rayonu İvanovka kəndinin etnik azlıqlar üzrə ictimai birliyinin sədri Olqa timofeyevna Jabinova da iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR