Bank Of Baku

Venesiya Komissiyasının Azərbaycanın “Sərbəst toplaşma azadlığı haqqında” qanununa və Seçki Məcəlləsinə dəyişikliklərə dair ilkin rəyi açıqlanacaq

Venesiya Komissiyasının Azərbaycanın “Sərbəst toplaşma azadlığı haqqında” qanununa və Seçki Məcəlləsinə dəyişikliklərə dair ilkin rəyi açıqlanacaq
# 11 mart 2008 10:06 (UTC +04:00)
Tədbirdə Silahlı Qüvvələrə demokratik nəzarətin təşkili, Bolqarıstan və Finlandiya Konstitusiyası, Azərbaycanın “Sərbəst toplaşma azadlığı haqqında” qanununa düzəlişlər və Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı ilkin rəylər açıqlanacaq. Toplantıda Prezidentin İcra Aparatının qanunçuluq və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyev də iştirak edəcək. Sessiyada Azərbaycan tərəfinin təklifi əsasında Venesiya Komissiyasının “Sərbəst toplaşma azadlığı haqqında” qanuna 2006-cı ildə təklif etdiyi düzəliş ətrafında müzakirələr aparılacaq və Azərbaycanın Seçki Məcəlləsinə dair ilkin rəy veriləcək. Qeyd edək ki, Venesiya Komissiyasının növbəti 75-ci sessiyası iyunun 13-14-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR