Bank Of Baku

Fəqani Məhərrəmov: “AMİP rəhbərliyində təmsil olunan kiçik qruplar yeni sədri öz aralarında müəyyənləşdirmək istəyirlər”

Fəqani Məhərrəmov: “AMİP rəhbərliyində təmsil olunan kiçik qruplar yeni sədri öz aralarında müəyyənləşdirmək istəyirlər”
# 11 mart 2008 10:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Azərbaycan Milli İstiqlal Partiyasının sədri olmaq üçün əsas şərt yaxşı komandanın mövcudluğu, əsas məqsəd isə partiyanı düşdüyü durumdan çıxarmaq olmalıdır”. Bunu APA-ya açıqlamasında AMİP-in Goranboy rayon təşkilatının sədri, partiya sədrliyinə iddialı Fəqani Məhərrəmov deyib. O bildirib ki, partiya rəhbərliyində təmsil olunan kiçik qruplar öz aralarında müzakirələr apararaq başqa bir şəxsi AMİP-in sədrliyinə gətirmək istəyirlər: “Mərkəzi İntizam Komissiyasının sədri Aydın Əliyev deyir ki, AMİP-in sədri olacaq şəxsin adı hələlik açıqlanmayıb. Belə rəy yaratmaq istəyirlər ki, gizli bir məkanda kimsə var. Bu, düzgün deyil”. F. Məhərrəmov qurultayın vaxtının uzadılmasının da həmin qrupların apardığı müzakirələrlə bağlı olduğunu güman edir: “Mən qurultayın vaxtının uzadılması ilə maraqlanmışam və onlar yalnız texniki səbəbləri əsas gətiriblər. Amma düşünürəm ki, başqa məqsədlər var və bu da müzakirələrin nəticəsinin olmaması ilə bağlıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR