Bank Of Baku

Martın 28-də Toronto Universitetində Azərbaycanla bağlı elmi konfrans keçiriləcək

Martın 28-də Toronto Universitetində Azərbaycanla bağlı elmi konfrans keçiriləcək
# 11 mart 2008 10:48 (UTC +04:00)
Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, konfransda Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyevin “Təhlükəsizlik və enerji sahəsində Azərbaycan-ABŞ münasibətləri”, Xarici İşlər Nazirliyinin idarə rəisi Tofiq Musayevin “Azərbaycanın xarici siyasət prioritetləri” məruzələri və Toronto Universitetinin bir sıra professor və tələbələrinin çıxışları dinləniləcək. Tədbirdə “Azerbaijan Dairy” kitabının müəllifi Thomas Qolts “On yeddi il Odlar yurdu ilə birlikdə; müstəqilliyin ilk illərindən bu günə kimi olan dəyişikliklər” mövzusunda məruzə ilə çıxış edəcək. Qeyd edək ki, konfrans Azərbaycanın Kanadadakı səfirliyinin və Toronto Universitetinin Avropa, Rusiya və Avrasiya tədqiqatları mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR