Bank Of Baku

Azərbaycan Milli Elmlər Akademiyasında “Seçkilər və insan hüquqları” mövzusunda iclas keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasında “Seçkilər və insan hüquqları” mövzusunda iclas keçirilib
# 11 mart 2008 13:01 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda İnsan Hüquqları üzrə Beynəlxalq Elmi Şuranın Ekspert Komissiyasının “Seçkilər və insan hüquqları” mövzusunda iclası keçirilib. APA-nın məlumatına görə, qarşıdakı prezident seçkisində xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının fəal iştirakına həsr olunan iclasda mövcud vəziyyət müzakirə edilib, müvafiq yerli qanunvericilik bazası və sərəncamlardan irəli gələn vəzifələrin icrasına toxunulub. Professor Rövşən Mustafayev, diplomat Jerar Ştudman (İsveçrə), professor Ben Sorensen (Danimarka), professor Flarentin Skaleskiy (Rumıniya), Yosif Şaqal (İsrail) və digər ekspertlərdən ibarət olan komissiya məsələ ilə əlaqədar tövsiyələrini bildiriblər. Tövsiyələrdə xaricdə yaşayan Azərbaycan vətəndaşlarının və onların arasında potensial seçicilərinin sayının dəqiqləşdirilməsi, xarici ölkələrdəki seçicilərin seçki kampaniyasında iştirakının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin təşkili, dünya təcrübəsindən istifadə etməklə elektron səsvermə proqramının tətbiqi məsələləri yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR