Bank Of Baku

Əli Əliyev: “Kütləvi aksiyalar üçün ideoloji zəmin olmalıdır, bu zəmin isə hələ yetişməyib”

Əli Əliyev: “Kütləvi aksiyalar üçün ideoloji zəmin olmalıdır, bu zəmin isə hələ yetişməyib”
# 11 mart 2008 13:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün “Azadlıq” blokunun Sədrlər Şurasının növbəti iclası keçirilib. Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, iclasda ölkədəki ictimai siyasi vəziyyət, qarşıdan gələn prezident seçkiləri ilə bağlı müzakirə aparılıb. Seçki komissiyalarının paritet əsaslarla formalaşması ilə bağlı blokun nəzərdə tutduğu aksiyalarla bağlı müzakirələrin aparıldığını deyən Ə. Əliyev bildirib ki, bu aksiyaları yaxın gələcəkdə keçirməyi məqsədəuyğun saymırlar: “Bu məsələ partiyalar arasında bir daha müzakirə ediləcək. Düşünürük ki, mitinqlərə hazırlıq ciddi şəkildə aparılmalı, ictimai rəy öyrənilməli və mövcud potensial dəyərləndiriləndən sonra qərar verilməlidir. Bizim mitinq keçirmək istəyimiz var, amma istək imkana bağlı olmalıdır. Kütləvi aksiyalar üçün ideoloji zəmin olmalıdır, bu zəminin yetişməsi barədə danışmaq tezdir. Biz yaxın dövrdə kütləvi tədbirlərlə bağlı qərarın qəbul olunmasını münasib bilmirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR