Bank Of Baku

BMT Baş Assambleyasının martın 14-də keçiriləcək plenar sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair məsələ müzakirə olunacaq

BMT Baş Assambleyasının martın 14-də keçiriləcək plenar sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair məsələ müzakirə olunacaq
# 11 mart 2008 13:48 (UTC +04:00)
APA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib ki, qətnamənin qəbul olunması üçün Azərbaycanın Nyu-Yorkdakı daimi nümayəndəliyi davamlı iş aparır, BMT-nin bütün üzvləri ilə bu istiqamətdə danışıqlar gedir. Qətnamə layihəsində BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə qəbul olunduğu qeyd edilir, Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı ATƏT-in fakt-araşdırıcı missiyasının məruzə hazırladığı, ATƏT-in Minsk Qrupu həmsədrlərin bununla bağlı ATƏT Daimi Şurasına məktub göndərdiyi xatırlanır. Qətnamədə həmçinin Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərdə silahlı münaqişənin beynəlxalq sülh və sabitliyə və Cənubi Qafqazda humanitar vəziyyətə ciddi xələl göstərdiyi qeyd edilir, Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivədə ərazi bütövlüyü və suverenliyinə mövcud olan hörmət və dəstək yenidən təsdiqlənir, işğal olunmuş ərazilərdən Ermənistan Silahlı Qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilir. Bu və ya digər məsələlərin qeyd olunduğu sənəddə yekun olaraq bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət növbəti 63-cü sessiyada da müzakirə olunacaq və bu məsələ gündəliyə daxil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR