Bank Of Baku

Rövşən Mustafayev: “Bu gün xarici ölkələrdə məskunlaşan Azərbaycan vətəndaşlarının sayı dəqiq məlum deyil”

Rövşən Mustafayev: “Bu gün xarici ölkələrdə məskunlaşan Azərbaycan vətəndaşlarının sayı dəqiq məlum deyil”
# 11 mart 2008 13:49 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. “Bu gün xarici ölkələrdə məskunlaşan Azərbaycan vətəndaşlarının və onların arasında olan potensial seçicilərin sayı dəqiq məlum deyil. Moskva şəhər meriyasının rəsmi statistikasına görə, təkcə Rusiyada 400 minə yaxın Azərbaycan vətəndaşı məskunlaşıb. Amma dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan vətəndaşlarının sayı dəqiq bilinmir. Bu gün bu problemlə daha çox Ukrayna, Orta Asiya ölkələri, Azərbaycan və Gürcüstan üzləşib”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayev verib. Bu gün dünyada miqrasiya probleminin xaotik şəkildə inkişaf etdiyini deyən R. Mustafayev ənənəvi olaraq, Azərbaycan vətəndaşlarının daha çox Rusiyaya üz tutduğunu bildirib: “Bəzi Rusiya mətbuat orqanlarının yazdığı kimi, azərbaycanlılar yalnız bazarlarda yox, daha çox neft-qaz emalı müəssisələrində fəaliyyət göstəriblər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR