Bank Of Baku

Azərbaycanın Nardaran qəsəbəsində keçirilən mitinqdə Qərb dövlətlərinin bayraqları və ABŞ prezidenti Corc Buşun müqəvvası yandırılıb

Azərbaycanın Nardaran qəsəbəsində keçirilən mitinqdə Qərb dövlətlərinin bayraqları və ABŞ prezidenti Corc Buşun müqəvvası yandırılıb
# 11 mart 2008 13:54 (UTC +04:00)
APA-nın məlumatına görə, qəsəbə sakini Hacı Əli Hüseynov mitinqdə çıxışı zamanı bildirib ki, müsəlman dünyası bütün vasitələrdən istifadə edib peyğəmbəri təhqir edənləri cəzalandırmalıdır. Onun sözlərinə görə, beynəlxalq sionizm İslamı ləkələmək üçün Qərb dövlətlərində bu cür tendensiyalara start verib. Kənd sakini Hacı Hikmət Vəliyev peyğəmbəri təhqir edənlərə Azərbaycanda da dəstəyin olduğunu söyləyib. O, Azərbaycan müsəlmanlarını İslam düşmənlərinə qarşı mübarizəyə və peyğəmbərin təhqirinə laqeyd qalmamağa çağırıb. Fələstində baş verənlərə münasibət bildirən kənd sakini ərəb dünyasını ABŞ-a satılmaqda ittiham edib. Onun sözlərinə görə, ərəb ölkələrinin əhatəsində olan İsrail 60 ilə yaxındır müsəlmanların qatilinə çevrilib. Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov isə çıxışında İslam dəyərlərinə qarşı məqsədyönlü şəkildə addımlar atıldığını söyləyib: “Dünyada baş verən qanlı hadisələrin əksəriyyəti müsəlman ölkələrində baş verir. Bu, ABŞ və sionizmin planlarına uyğun həyata keçirilir”. O, Azərbaycanda milli-mənəvi dəyərlərin təhqir olunduğunu da deyib. Aksiyada ABŞ, İsrail, Danimarka, Böyük Britaniyanın və digər Qərb dövlətlərinin əleyhinə, İranın dini lideri Seyid Əli Xamneyinin isə lehinə şüarlar səsləndirilib. Daha sonra mitinq iştirakçıları ABŞ, İsrail, Danimarka və Böyük Britaniyanın dövlət bayraqlarını, o cümlədən də ABŞ prezidenti Corc Buşun müqəvvasını yandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR