Bank Of Baku

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvlüyünə insan hüquqları və demokratiya qrupundan namizədlər müəyyənləşib

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvlüyünə insan hüquqları və demokratiya qrupundan namizədlər müəyyənləşib
# 11 mart 2008 14:07 (UTC +04:00)
APA-nın məlumatına görə, yığıncağa sədrlik edən Prezidentin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Tahir Süleymanov Dövlət Dəstəyi Şurasında təmsil olunmaq üçün 8 qrup üzrə 414 QHT-nin qeydə alındığını bildirib. T. Süleymanov bugünkü yığıncaqda birinci qrup üzrə qeydə alınmış 45 təşkilatdan 38-nin iştirak etdiyini deyib: “Bu gün seçiləcək üç QHT nümayəndəsindən biri Azərbaycan prezidenti tərəfindən Şuraya üzv təyin ediləcək”. Sonra iclasın katibi və Hesablama Komissiyası seçilib. Gizli səsvermə nəticəsində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin rəhbəri Eldar İsmayılov və Demokratik Seçki Mərkəzinin sədri Rauf Zeyni insan hüquqları və demokratiya qrupundan Dövlət Dəstəyi Şurasının üzvlüyünə namizəd seçiliblər.
Qeyd edək ki, Şuranın tərkibi 8 QHT və 3 hökumət nümayəndəsindən formalaşdırılacaq. Şuranın sədri, müavini və katibi seçki ilə müəyyənləşəcək. Hər Şura üzvü 4 il müddətinə seçiləcək, qurumun sədri isə 2 ildən bir dəyişdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR