Bank Of Baku

Azərbaycan Müdafiə Nazirliyi: Kosovodakı Azərbaycan sülhməramlıları yaxın günlərdə Vətənə qayıdacaqlar

Azərbaycan Müdafiə Nazirliyi: Kosovodakı Azərbaycan sülhməramlıları yaxın günlərdə Vətənə qayıdacaqlar
# 11 mart 2008 14:12 (UTC +04:00)
E. Sabiroğlunun sözlərinə görə, hazırda Milli Məclisin qərarına uyğun olaraq sülhməramlıların geri çağrılması istiqamətində işlər aparılır: “Yaxın günlərdə parlamentin qərarı icra olunacaq. Kosovodakı 34 sülhməramlı hərbçinin hamısı vətənə dönəcək”.
Azərbaycan hərbçilərinin nəzarət etdikləri yaşayış məntəqələrinin və mövqelərin hansı ölkənin sülhməramlılarına verilməsinə gəlincə, E.Sabiroğlu bu barədə məlumatı olmadığını vurğulayıb: “Bizim sülhməramlılarımız Türkiyə taborunun tərkibində xidmət edirlər. Bu məsələlər Türkiyə Silahlı Qüvvələrinin səlahiyyətindədir”.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin 34 nəfərdən ibarət tağımı Türkiyə taborunun tərkibində 1999-cu ildən Kosovonun Draqaş bölgəsində sülhyaratma missiyasını həyata keçirib. Azərbaycan taqımının xidməti ərazisinə 18 yaşayış məntəqəsi daxil olub. Kosovonun birtərəfli qaydada öz müstəqilliyini elan etməsi ilə əlaqədar Milli Məclis martın 4-də sülhməramlıların Kosovodan geri çağırılması haqqında qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR