Bank Of Baku

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlüyünə daha 3 namizəd irəli sürülüb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlüyünə daha 3 namizəd irəli sürülüb
# 19 mart 2008 10:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının üzvlüyünə namizədlərin seçilməsi məqsədilə ixtisaslaşmış narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə qrupunun yığıncağı keçirilib. APA-nın məlumatına görə, bu qrup üzrə 10 QHT qeydiyyatdan keçib. “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, İnsan Alverinə qarşı Mübarizə Təşkilatının sədr müavini Zaur Adıgözəlov və Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz Dövlət Dəstəyi Şurasının üzvlüyünə namizəd seçiliblər.
Qeyd edək ki, prezidentin sərəncamı əsasında yaradılan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının tərkibinə 8 QHT və 3 hökumət nümayəndəsi daxil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR