Bank Of Baku

Azərbaycan Milli Məclisində təmsil olunan partiyalar ATƏT-in Minsk qrupuna etiraz ediblər

Azərbaycan Milli Məclisində təmsil olunan partiyalar ATƏT-in Minsk qrupuna etiraz ediblər
# 19 mart 2008 11:06 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Azərbaycanın işğala məruz qalmasına baxmayaraq, həmişə sülhə tərəfdar olduğunu qeyd edib. BMT Baş Assambleyasında bu işğal faktını bir daha təsdiqləyən qətnamənin qəbulu zamanı isə bir sıra xoşagəlməz gerçəklər bir daha təsdiqlənib: “Problemin həllinə vasitəçilik edən Minsk qrupunun həmsədri olan dövlətlərin qətnamənin əleyhinə səs verməsinin həmin dövlətlərin Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olması faktını ortaya çıxardı. Hətta Rusiya və Fransa digər dövlətlərin də qətnamənin əleyhinə çıxması üçün təbliğat aparıb. Biz bu gün bu tədbirə də Minsk qrupunun həmsədri olan dövlətlərin Azərbaycandakı səfirlərini dəvət etmişdik. Amma onlar tədbirə gəlməməklə bir daha mövqelərini ortaya qoyublar”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev tarixi faktlara müraciət edərək, Rusiyanın problemin həllinə yardım etməyəcəyinin aydın olduğunu deyib. Onun fikrincə, burada xristianlıq və Rusiyanın hərbi bazalarının Ermənistanda yerləşməsi faktoru mühüm rol oynayır: “Qətnamənin səs qoyulması o cəhətdən müsbət oldu ki, bu vaxta qədər Azərbaycanla dost olduğunu elan edən dövlətlərin mövqeyi aydınlaşdı ”. Q. Həsənquliyev səsvermədə iştirak etməyən İranla münasibətlərə də yenidən baxmağı təklif edib. Ana Vətən partiyasının sədri Fəzail Ağamalı isə Minsk qrupunun üzvü olan 13 dövlətin üçünün qətnamənin əleyhinə, qalanının isə bitərəf qalmasına xüsusi diqqət yetirilməsini vacib sayıb: “Azərbaycanla strateji müttəfiqlik edən bir sıra dövlətlərin riyakar münasibətinə də münasibət bildirilməlidir”.
Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu həmsədr dövlətlərin qətnamənin əleyhinə səs verməsinin beynəlxalq qanunlara zidd olduğunu deyib. O, həmçinin qətnamənin lehinə səs vermiş ölkələrin dövlət başçılarına partiyalar adından təşəkkür məktubu göndərilməsini vacib sayıb.
Millət vəkili Azay Quliyev isə bildirib ki, məsələyə parlament səviyyəsində açıq şəkildə münasibət bildirilməli, həmçinin Azərbaycanın Minsk qrupunun fəaliyyətindən imtina etməsi barədə ortaya mövqe qoyulmalıdır. Tədbirin sonunda siyasi partiyalar adından bəyanat qəbul olunub. Bəyanatda Minsk qrupunun həmsədri olan dövlətlərin qətnamənin əleyhinə səs verməsi pislənilib və bu mövqeyə aydınlıq gətirməsi tələb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR