Bank Of Baku

Xəzər İbrahim: “Biz Ermənistanı danışıqlar aparmağa məcbur etmirik”

Xəzər İbrahim: “Biz Ermənistanı danışıqlar aparmağa məcbur etmirik”
# 19 mart 2008 11:16 (UTC +04:00)
Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın BMT Baş Assambleyasında qəbul olunmuş qətnamənin danışıqlar prosesinin bitməsinə gətirib çıxara biləcəyinə dair bəyanatına münasibət bildirən X. İbrahim Azərbaycanın çox uzun müddətdir kompromisə gedərək Ermənistanla danışıqlar apardığını söyləyib: “Hazırda nə daxili, nə də xarici amillər Ermənistanın bu cür şərtlə danışmasına imkan vermir. Bu ölkədə fövqəladə vəziyyət hökm sürür, mediaya sərt senzura tətbiq olunub, etiraz aksiyalarında tələfatlar baş verib, siyasi vəziyyət çox gərgindir. Digər tərəfdən, beynəlxalq ictimaiyyət BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnamə vasitəsilə öz mövqeyini ortaya qoyub”. Seçkilərdən sonra Vardan Oskanyanın statusunun şübhəli olduğuna da diqqət çəkən X. İbrahimin sözlərinə görə, Ermənistan tərəfi boş və əsassız bəyanatlar vermək əvəzinə, vəziyyəti real qiymətləndirib konstruktiv addımlar atmalıdır ki, Azərbaycan da bu ölkə ilə danışıqların davam etdirilməsi barədə düşünsün: “Azərbaycanla şərtlə danışa bilməzlər. Şərt qoysalar, Azərbaycan da buna müvafiq addımlar atacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR