Bank Of Baku

Xəzər İbrahim: “Azərbaycan BMT Baş Assambleyasında keçirilmiş səsvermənin nəticələrini ciddi şəkildə nəzərə alacaq”

Xəzər İbrahim: “Azərbaycan BMT Baş Assambleyasında keçirilmiş səsvermənin nəticələrini ciddi şəkildə nəzərə alacaq”
# 19 mart 2008 11:56 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Azərbaycan BMT Baş Assambleyasında ölkəmizlə bağlı son qətnamənin qəbulu zamanı verilən səsləri digər ölkələrlə münasibətlərində çox ciddi şəkildə nəzərə alacaq”. APA-nın məlumatına görə, bu bəyanatla Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim çıxış edib. O bildirib ki, bu məqam türkdilli ölkələr və İranla münasibətlərdə də nəzərə alınacaq. X. İbrahim Azərbaycanın qətnamənin əleyhinə səs vermiş həmsədr ölkələrə öz mövqeyini çatdırdığını, bu mövqenin digər ölkələrə də açıqlanacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR