Bank Of Baku

YAP-ın icra katibi müxalifəti Azərbaycanla bağlı qəbul olunan qətnaməyə münasibətdə ermənilərlə eyni mövqedən çıxış etməkdə günahlandırıb

YAP-ın icra katibi müxalifəti Azərbaycanla bağlı qəbul olunan qətnaməyə münasibətdə ermənilərlə eyni mövqedən çıxış etməkdə günahlandırıb
# 19 mart 2008 12:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Bəzi müxalifət qüvvələri BMT Baş Assambleyasında Azərbaycanın milli maraqlarına uyğun gələn sənədin qəbul olunmasına ermənilərin mövqeyindən o qədər də fərqlənməyən münasibət bildirir. Ermənilər də müxtəlif üsullardan istifadə edərək, bu sənədin əhəmiyyətini azaltmağa çalışırlar”. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov bəzi müxalifət təşkilatlarının BMT Baş Assambleyasının 62-ci sessiyasında Minsk Qrupunun həmsədri olan ölkələrin Azərbaycanla bağlı qətnamənin əleyhinə səs verməsi, 100 dövlətin bitərəf qalmasını Azərbaycanın xarici siyasətinin uğursuzluğu kimi qiymətləndirməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, əslində dünyanın 3 böyük dövlətinin əleyhinə olmasına baxmayaraq, bu qətnamənin qəbul edilməsi Azərbaycan diplomatiyasının, prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin çox vacib uğurlarından biridir: “Azacıq məntiqlə düşünəndə etiraf etmək lazımdır ki, bu qərar əhəmiyyətli olmasaydı, Ermənistanın xarici siyasət idarəsi bunun gözdən salınması üçün bu qədər səy göstərməzdi. Deməli, bu, əhəmiyyətli bir sənəddir ki, erməni tərəfi bunun gözdən salınmasında dəridən-qabıqdan çıxır. Eyni mövqeni bəzi müxalifət qüvvələri də göstərir. Buna qarşı Azərbaycan ictimaiyyəti öz mövqeyini bildirməli, müxalifətin bəzi qismi dövlətçiliyə və Azərbaycana müxalifətçilik mövqeyindən əl çəkməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR