Bank Of Baku

Azay Quliyev: “Əfvlə bağlı prezidentə təqdim olunan siyahıda jurnalistlərin adı olmayıb”

Azay Quliyev: “Əfvlə bağlı prezidentə təqdim olunan siyahıda jurnalistlərin adı olmayıb”
# 19 mart 2008 12:18 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu millət vəkili, Prezident yanında Əfv Komissiyasının üzvü Azay Quliyev deyib. Jurnalistlərin adlarının siyahıya düşməməsinin səbəblərinə aydınlıq gətirən millət vəkili bildirib ki, hazırda həbsdə olan jurnalistlərdən bəziləri cəzalarının yarısını çəkməyiblər, buna görə də onların əfv edilməsi ilə bağlı məsələ müzakirə edilə bilməz. Bəzi hüquq müdafiəçilərini əfv məsələsində spekulyasiyaya yol verməkdə ittiham edən A. Quliyev Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun bu məsələdə əsassız fikirlər irəli sürdüyünü vurğulayıb: “Əksinə, belə adamlar dolayısı ilə həbsdə olan jurnalistlərin azadlığa çıxmasına maneçilik törədirlər. Bu gün “siyasi məhbus” məsələsi tam həll olunsa, Leyla Yunus kimi adamların işi tamamilə başa çatır və fəaliyyətlərinə son qoyulur. Ona görə də bu şəxslər məsələni süni şəkildə gündəlikdə saxlamaqda maraqlıdırlar”. Millət vəkili bir müddət əvvəl 5 jurnalistin əfv edildiyini xatırladıb və gələcəkdə də hüquqi çərçivədə digər jurnalistlərin əfvinə baxılacağını istisna etməyib: “Avropa Şurasının siyahısı ilə bağlı məsələ heç də sadə deyil. Elə adamlar var ki, onların azad olunması mümkünsüzdür. Metronun partladılmasında iştirak edənlər, açıq şəkildə qətl törədənlər nə cür azadlığa buraxıla bilər?! Ona görə də müəyyən araşdırmalara ehtiyac var. Əfvi mümkün olan insanlar bundan sonra da azadlığa buraxılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR