Bank Of Baku

Azərbaycanın müxalifət partiyasının sədri bəzi partiyaları yanlış mövqedə olmaqda ittiham edir

Azərbaycanın müxalifət partiyasının sədri bəzi partiyaları yanlış mövqedə olmaqda ittiham edir
# 19 mart 2008 13:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Müxalifət düşərgəsində təmsil olunan bəzi partiyaların ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin BMT Baş Assambleyasında Azərbaycanla bağlı qətnamənin əleyhinə səs vermələri ilə bağlı məsələni pisləməmələrinin kökündə beynəlxalq təşkilatlarla münasibətlərin korlamamaq istəyi dayanır. Bu onların bu hadisəni pisləməmələrindəki amillərdən biridir və inkarolunmaz faktdır”. Bunu APA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. O bildirib ki, müxalifət düşərgəsində təmsil olunan bəzi siyasi qurumların funksionerlərinin ATƏT həmsədrlərinin dəyişdirilməsi ilə bağlı təklifləri savadsızlıq kimi dəyərləndirilmələrini də “çox yanlış addım” adlandırıb. M. Mirəlioğlu müxalifətin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə eyni mövqe nümayiş etdirilməsini zəruriliyini də deyib: “Missiyamız təkcə müxalifət olmaq deyil ki? Biz həm də milli problemlərin həllinə çalışmalıyıq. İqtidar partiyası da bu məsələnin həllində daxildə digər siyasi qüvvələrlə məsləhətləşmələr aparmalı, çıxış yolu birlikdə tapılmalıdır”.
KXCP sədri prezident seçkisi öncəsi müxalifət düşərgəsində siyasi baxımdan mövcud olan qeyri-aktiv mühit barədə də danışıb: “Müxalifət düşərgəsində olan passivlik cəmiyyətdən gəlir. Son vaxtlar ən ciddi məsələlərə belə cəmiyyətdə adi reaksiya yaranıb. Bu baxımdan, müxalifətin seçkiqabağı qeyri-fəallığı gözləniləndir. Amma ümid edirəm ki, sona qədər belə olmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR