Bank Of Baku

Azərbaycan İslam Konfransı Təşkilatının insan haqları üzrə baş komissarı vəzifəsinin təsis olunmasını təklif edib

Azərbaycan İslam Konfransı Təşkilatının insan haqları üzrə baş komissarı vəzifəsinin təsis olunmasını təklif edib
# 19 mart 2008 14:03 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İslam Konfransı Təşkilatının (İKT) Seneqalın paytaxtı Dakarda keçirilən 11-ci sammitinin yekun kommünikesinə Azərbaycanın bir sıra təklifləri də daxil edilib. APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın təklifi əsasında kommunikeyə insan haqları üzrə baş komissar vəzifəsinin təsis edilməsi və İKT baş katibinin sivilizasiyalararası dialoqla bağlı xüsusi nümayəndəsinin təyin olunması ilə bağlı məqamlar əlavə olunub.
Təşkilatın növbəti sammiti gələn il Misirdə keçiriləcək. Bu ilin iyununda isə Uqandada xarici işlər nazirlərinin görüşü olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR