Bank Of Baku

GUAM-la Avropa Şurası arasında ilk məsləhətləşmələr keçirilib

GUAM-la Avropa Şurası arasında ilk məsləhətləşmələr keçirilib
# 19 mart 2008 15:52 (UTC +04:00)
Bu çərçivədə AŞ-nın ATƏT, Avropa Birliyi və GUAM-la gələcək əməkdaşlığının perspektivlərinə həsr olunmuş müzakirələr keçirilib. Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat GUAM-la bağlı məsləhətləşmələrdə GUAM-ın baş katib Valeri Çeçalaşvili, Avropa Şurası katibliyinin nümayəndələri, Avropa Şurası Nazirlər Komitəsinin xarici əlaqələr komitəsinin üzvləri və şuraya üzv dövlətlərin bu təşkilatdakı səfirləri iştirak ediblər. Müzakirələr əsasən təşkilatlar arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi və əlaqələrin möhkəmləndirilməsi yolları ilə bağlı olub.
Görüşdə Azərbaycanı Xarici İşlər Nazirliyinin strateji araşdırmalar və xarici siyasət idarəsinin rəisi Tofiq Musayev, həmçinin Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov təmsil edib.
Qeyd edək ki, bu GUAM-la Avropa Şurası arasında keçirilən ilk məsləhətləşmələrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR