Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları əsir əsgərin valideynləri ilə görüşüblər

Ombudsman Aparatının əməkdaşları əsir əsgərin valideynləri ilə görüşüblər
# 19 mart 2008 15:35 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. İnsan hüquqları üzrə müvəkkilin Şəki regional mərkəzinin əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinin bir neçə gün əvvəl Ermənistan tərəfindən əsir götürülmüş əsgəri Yaqub Allahverdi oğlu Muxtarovun valideynləri ilə görüşüblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərkəzin əməkdaşları ombudsmanın əsirin vəziyyətini diqqətdə saxladığını, bununla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin rəhbərinə müraciət etdiyini bildiriblər. Y. Muxtarovun valideynləri övladlarının tezliklə azad olunacağına inandıqlarını söyləyiblər.
Qeyd edək ki, Azərbaycan ordusunun əsgəri, 1988-ci ildə Şəki şəhərində anadan olan Yaqub Allahverdi oğlu Muxtarov Tovuz rayonu istiqamətində ermənilərə əsir düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR