Bank Of Baku

Rusiya XİN: 2007-ci ildə Azərbaycanla münasibətlər kardinal dəyişiklik olmadan, stabil inkişaf edib

Rusiya XİN: 2007-ci ildə Azərbaycanla münasibətlər kardinal dəyişiklik olmadan, stabil inkişaf edib
# 19 mart 2008 16:17 (UTC +04:00)
Qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin sıx və konstruktiv əməkdaşlığını fəallaşdırmaq mümkün olub: “Qərbdəki tərəfdaşlarımız münaqişənin danışıqlar yolu ilə həllinin alternativsiz olduğu, problemin güc tətbiq etməklə həllinin və birtərəfli qaydada irəli sürülən şərtlərin qəbul etdirilməsinin yolverilməzliyi ilə bağlı mövqelərində qalırlar. Buna Rusiya XİN rəhbərliyinin yanvar və avqust aylarında Moskvada həmsədrlərlə apardığı müntəzəm məsləhətləşmələr də az təsir göstərməyib”. İcmalda ATƏT Xarici İşlər Nazirləri Şurasının noyabrda keçirilən iclası zamanı Azərbaycan və Ermənistan tərəfinə münaqişənin həllinin baza prinsiplərinin təqdim olunduğu xatırladılır: “Bu addım hər iki ölkədə gözlənilən prezident seçkiləri nəzərə alınmaqla, danışıqlar prosesində əldə olunmuş razılaşmaların qorunub saxlanması və baza prinsiplərinin razılaşdırılmasının başa çatdırılması məqsədilə atılıb”. İcmalda bildirilir ki, 2007-ci ildə Azərbaycanla münasibətlər kardinal dəyişiklik olmadan, stabil inkişaf edib: “Azərbaycanın xarici siyasi əlaqələrini müxtəlifləşdirməsi, Türkiyə ilə yaxınlaşma, ABŞ, NATO və Avropa Birliyi ilə hərtərəfli qarşılıqlı fəaliyyətin inkişafına yönəlmiş səyləri şəraitində Bakının bizimlə konstruktiv əməkdaşlığı möhkəmləndirməsi istiqamətində iş aparmışıq. Fəal siyasi dialoq dəstəklənib. Yanacaq-energetika kompleksində qarşılıqlı əlaqələrin həcminin ciddi şəkildə ixtisarına (Azərbaycan Rusiyadan təbii qaz idxalını dayandırıb, öz neftinin Bakı-Novorossiysk boru kəməri ilə tranzitini azaldıb) baxmayaraq, Rusiya maşın və avadanlıqlarının ixracatı sayəsində (10 ay ərzində 1,3 milyard dollar) ticarət dövriyyəsinin həcmində ciddi azalma olmayıb. Hərbi-texniki əməkdaşlıq Qafqazda qüvvələr nisbətinin qorunmasının vacibliyi nəzərə alınaraq həyata keçirilib”. İcmalda humanitar əməkdaşlıq sahəsində atılan addımlar sırasında Azərbaycanda rus dilinin mövqelərinin və Rusiya informasiya məkanının qorunması, Azərbaycanda yaşayan rusların hüquqlarının müdafiəsi göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR