Bank Of Baku

İstanbulda “Erməni məsələsi: həqiqətlər və yalanlar” mövzusunda simpozium keçirilib

İstanbulda “Erməni məsələsi: həqiqətlər və yalanlar” mövzusunda simpozium keçirilib
# 21 mart 2008 10:34 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, simpoziumda nitq söyləyən Türk Tarix Qurumunun sədri, professor Yusuf Halaçoğlu ermənilərin saxtakarlığını göstərmək üçün Tələt paşanın adından verilmiş əmrin əslini və surətini nümayiş etdirib. O bildirib ki, Birinci Dünya Müharibəsi ərəfəsində Osmanlı İmperiyasının parçalanması və torpaqlarının bölüşdürülməsi planı hazırlanmışdı. Professor deyib ki, bu planı həyata keçirmək üçün Rusiya və Qərb dövlətləri Anadoludakı ermənilərdən istifadə etmək istəyirdilər. Təsadüfi deyil ki, 1914-15-ci illərdə Anadolunun müxtəlif bölgələrində 23 erməni üsyanı baş verib. Y. Halaçoğlu ermənilərin imperiyanın başqa ərazilərinə köçürülməsi zamanı yollarda soyğunçuluq məqsədilə ermənilərə hücumlar edən bəzi quldurlara, həmçini vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlara hərbi tribunallar tərəfindən ölüm cəzası verildiyini də xatırladaraq bu cəzaların soyqırım baş verdiyini iddia edən böhtançılara ən yaxşı cavab olduğunu vurğulayıb. Giresun Universitetinin prorektoru Aygün Attar isə çıxışında diqqəti azərbaycanlıların 1948-53-cü illərdə Ermənistandan deportasiyasına cəlb edərək dünyanın bu deportasiyalara laqeyd qalmasından hiddətləndiyini bildirib. A. Attar Ermənistanla sərhədləri açmaq üçün Türkiyə hökumətinə tez-tez müraciət edən bəzi ziyalıların Qərbdəki erməni diasporası ilə maddi əlaqələri olduğunu söyləyib. Avrasiya Strateji Araşdırmalar Mərkəzi erməni şöbəsinin müdiri, istefada olan səfir Ömər Lütəm isə simpoziumdakı çıxışını “erməni məsələsi”nin beynəlxalq tərəflərinə həsr edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR