Bank Of Baku

MDB ölkələrinin xarici işlər nazirləri martın 28-də Moskvada toplaşacaqlar

MDB ölkələrinin xarici işlər nazirləri martın 28-də Moskvada toplaşacaqlar
# 22 mart 2008 08:21 (UTC +04:00)
Əsas müzakirə mövzularından biri də ötən il oktyabrın 5-də Düşənbədə keçirilmiş MDB sammitində qəbul olunmuş birliyin gələcək inkişaf Konsepsiyasının həyata keçməsi üçün əsas tədbirlər Planın yerinə yetirilməsinin vəziyyəti olacaq. Nazirlər həmçinin humanitar sahədə əməkdaşlıq, birliyin strukturlarının fəaliyyət mexanizminin təkminləşdirilməsi, təhlükəsizlik və qayda-qanunun təmin olunması məsələlərinə baxacaqlar. İclasda həmçinin bir sıra kadr və təşkilatı-protokol xarakterli məsələlərə də baxılacağı gözlənilir.
Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahimin sözlərinə görə, Şuranın iclasında Azərbaycan iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR