Bank Of Baku

NATO-nun Buxarestdə keçiriləcək zirvə toplantısının gündəliyi açıqlanıb

NATO-nun Buxarestdə keçiriləcək zirvə toplantısının gündəliyi açıqlanıb
# 22 mart 2008 09:24 (UTC +04:00)
Toplantıda NATO-nun genişlənməsi, Əfqanıstandakı hazırkı vəziyyət və burada sülhməramlı kontingentin artırılması məsələləri müzakirə olunacaq. Sammit çərçivəsində Albaniya, Xorvatiya və Makedoniyanın NATO-ya üzv olması üçün rəsmi dəvət olunacağı gözlənilir. Eyni zamanda Ukrayna və Gürcüstanın NATO-ya üzvlük məsələsi müzakirə oluna bilər.
Zirvədə ABŞ-ın Polşa və Çex Respublikasında yeni raket hücumundan müdafiə sistemini elementlərini qurmaq istəyi ilə bağlı məsələlər də müzakirə olunacaq. Eyni zamanda NATO-nun Türkiyə, Rumıniya və Yunanıstanda qısa mənzilli raket hücumundan müdafiə sistemləri qurulması ilə bağlı təkliflər də gözdən keçiriləcək.
Sammitin işinə ABŞ prezidenti Corc Buş, Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyip Ərdoğan da qatılacaq.
Qeyd edək ki, Azərbaycanın NATO-dakı nümayəndəsi Kamil Xasıyev sammitdə enerji təhlükəsizliyi məsələlərinin və “dondurulmuş münaqişələr” kontekstində Cənubi Qafqazdakı münaqişələrlə bağlı məsələnin də müzakirəsinin gözlənildiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR