Bank Of Baku

“Azadlıq” bloku öz toplantılarını keçirmək üçün yer tapa bilmir

“Azadlıq” bloku öz toplantılarını keçirmək üçün yer tapa bilmir
# 23 mart 2008 09:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Liberal Partiyası (ALP) qərargahından çıxarıldıqdan sonra partiyanın üzv olduğu “Azadlıq” bloku öz toplantılarını keçirmək problemi ilə qarşılaşıb. Blokun Sədrlər Şurasının üzvü Əli Əliyevin APA-ya verdiyi məlumata görə, ALP qərargahdan çıxdıqdan sonra blokun iclasları keçirilməyib. Bayram günlərindən sonra problemin həll olunacağını bildirən Ə. Əliyev blok üzvü olan partiyalardan birinin yeni ofis alacağını qeyd edib: “Biz hələlik hansı partiyanın ofis alacağını açıqlamaq istəmirik. Amma yaxın günlərdə blok öz toplantılarını keçirmək üçün daha yaxşı imkan əldə edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR