Bank Of Baku

AMİP bu il keçiriləcək prezident seçkilərini boykot edə bilər

AMİP bu il keçiriləcək prezident seçkilərini boykot edə bilər
# 23 mart 2008 10:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bu il keçiriləcək prezident seçkilərini boykot edə bilər. Bu barədə APA-ya partiyanın mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib. Onun sözlərinə görə, partiya rəhbərliyində təmsil olunan bir sıra şəxslər hazırkı Seçki Məcəlləsi ilə seçkilərə qatılmağın əleyhinədir. Buna görə də hələlik AMİP-in seçkilərdə iştirakla bağlı hər hansı qərar vermədiyini bildirən partiya katibi məsələyə yaxın vaxtlarda keçiriləcək qurultayda baxılacağını qeyd edib: “Əgər qurultay seçkilərdə iştirak qərarı versə, bu zaman namizəd məsələsinə də baxılacaq. Partiya lideri Etibar Məmmədov namizədliyini irəli sürməsə, o zaman AMİP-in platforması bizimlə üst-üstə düşən başqa bir namizədi dəstəkləyəcəyi istisna olunmur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR