Bank Of Baku

Araz Əlizadə Moskvadan qayıdıb

Araz Əlizadə Moskvadan qayıdıb
# 23 mart 2008 10:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədov - APA. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə Rusiyanın paytaxtı Moskvada müalicəsini başa vurduqdan sonra ölkəyə qayıdıb. Bu barədə APA-ya A. Əlizadə özü məlumat verib. Onun sözlərinə görə, bu ilin yanvarından revmatizm xəstəliyindən əziyyət çəkdiyi üçün Moskvada yerləşən xəstəxanaların birində müalicə olunub. O, müalicənin qənaətbəxş yekunlaşdığını və hazırda özünü normal hiss etdiyini deyib: “Azərbaycana Novruz bayramından bir neçə gün əvvəl qayıtdım. Səhhətim normaldır və siyasi fəaliyyətimi davam etdirmək iqtidarındayam”. A. Əlizadə Moskvada olduğu müddət ərazində bir neçə dəfə ASDP həmsədri Ayaz Mütəllibovla görüşdüyünü də bildirib: “Bu görüşlərin heç biri işgüzar xarakterli olmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR