Bank Of Baku

Əli Əliyev: “Azadlıq” bloku “beşlər” formatına daxil olmaq fikrində deyil”

Əli Əliyev: “Azadlıq” bloku “beşlər” formatına daxil olmaq fikrində deyil”
# 23 mart 2008 10:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Azadlıq” bloku “beşlər” formatında təmsil olunan müxalifətçi partiyaların qurumuna daxil olmaq fikrində deyil. Bu barədə APA-ya blokun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. Onun sözlərinə görə, “Azadlıq” blokunda olan partiyalara yalnız bir dəfə bu formatda təmsil olunmaq üçün təklif gəlib ki, həmin vaxt da bundan imtina edilib. Başqa qurumların perspektivinə münasibət bildirmək istəmədiyini deyən Ə. Əliyevin sözlərinə görə, hazırkı məqamda ən uğurlu və sınaqdan çıxmış format “Azadlıq” blokudur. Onun fikrincə, blokda olan partiyaların liderləri də bunu dərk etdiyindən, başqa bir formatda təmsil olunmaq fikrində deyillər: “Hansına formata qatılmaq konkret hallarda müzakirə oluna bilər. “Azadlıq” blokunun başqa bir qurumda təmsil olunması bizim üçün kifayət qədər ziyanlı ola bilər. “Beşlər” və başqa partiyalarla ayrı-ayrı məsələlərdə yalnız prinsipcə əməkdaşlıq ola bilər”.
Qeyd edək ki, “beşlər” formatında təmsil olunan partiyalar 5 illik birgə fəaliyyət üçün saziş layihəsi hazırlayırlar. Burada formatın genişləndirilməsi də nəzərdə tutulur. “Beşlər”də Müsavat, Demokrat, Milli İstiqlal, Tərəqqi partiyaları və “Azərbaycan Naminə” ictimai Forum təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR