Bank Of Baku

“İsrail-Azərbaycan” Assosiasiyası İdarə Heyətinin üzvü: “Knessetdə “erməni soyqırımı”nın tanınması İsrailin təcridinə səbəb olacaq”

“İsrail-Azərbaycan” Assosiasiyası İdarə Heyətinin üzvü: “Knessetdə “erməni soyqırımı”nın tanınması İsrailin təcridinə səbəb olacaq”
# 08 aprel 2008 09:38 (UTC +04:00)
APA-nın məlumatına görə, məktubda deyilir ki, “erməni soyqırımı” heç nədən nəsə əldə etmək məqsədi güdən zəngin təxəyyülün uydurmasıdır. Ermənilər “soyqırımı sənayesi” yaradaraq yalan, iftira, hiyləgərliklə xristian dünyasından milyardlarla dollar almaq məqsədi güdürlər. İxtisasca tarixçi olan Yana Salman yazır ki, “soyqırımı” sözü ilk dəfə II Dünya Müharibəsi zamanı yəhudi millətini məhv etmək cəhdini təsvir etmək üçün yaranıb. Osmanlı Türkiyəsi tərəfindən isə heç zaman qarşıya bir milləti məhv etmək məqsədi qoyulmayıb. Erməni məsələsinin birdəfəlik həlli barədə heç bir sənəd mövcud deyil. Osmanlı Türkiyəsində yaşayan ermənilər bu ölkənin siyasi və iqtisadi qüvvəsinin sarsıdılmasına yönəlmiş Rusiya xristian ideyasının bələdçiləri olublar, bu azmış kimi, ölkə daxilində “beşinci kolon” hərbi birləşmə yaradıblar. Əslində bu, vətəndaşı olduqları ölkəyə düşmən mövqeyində durmaq demək idi. 1919-cu ilin Paris konfransında ermənilər “soyqırımı” (sözün özü istifadə olunmamışdı) məsələsini iki dəfə qaldırsalar da, hər iki dəfə bu iddia keçməyib. Müharibə bitdikdən dərhal sonra, özü də konfransda Türkiyə nümayəndələrinin iştirakı olmadan bu məsələ rədd edilib. Y. Salman deputat Z. Elkini vətənpərvər olmağa çağırıb və bildirib ki, “erməni soyqırımı”nın tanınması İsrail-Türkiyə əlaqələrinin pisləşməsinə və İsrailin təcrid olunmasına, başqa sözlə, “hamıya qarşı tək” vəziyyətə düşməsinə səbəb olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR