Bank Of Baku

Razılıq əldə olunarsa, NATO enerji infrastrukturları və layihələrin qorunmasında Azərbaycana yardım edə bilər

Razılıq əldə olunarsa, NATO enerji infrastrukturları və layihələrin qorunmasında Azərbaycana yardım edə bilər
# 08 aprel 2008 11:15 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın NATO-dakı daimi nümayəndəliyindən məlumat verilib. Nümayəndəlikdən bildirilib ki, ərazisindəki enerji infrastrukturlarının qorunması hər bir ölkənin daxili işi olsa da, əldə olunmuş razılıqlar çərçivəsində NATO həmin dövlətlərin müvafiq qurumlarına təlimlər, təhlillər və digər formalarda yardımlar göstərmək imkanına malikdir.
Nümayəndəlikdən yaxın günlərdə NATO ekspertlərinin Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının (İPAP) birinci hissəsinin icrasının monitorinqini aparmaq və ikinci hissəyə start verilməsi məqsədi ilə Azərbaycana səfər edəcəyi də bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR