Bank Of Baku

Məhkəmə Açıq Cəmiyyət Partiyası və “Bakı-Zaman” qəzetinin yerləşdiyi binadan çıxarılması barədə qərar qəbul edib

Məhkəmə Açıq Cəmiyyət Partiyası və “Bakı-Zaman” qəzetinin yerləşdiyi binadan çıxarılması barədə qərar qəbul edib
# 08 aprel 2008 11:22 (UTC +04:00)
Onun sözlərinə görə, partiya və qəzetin binadan çıxarılması ilə bağlı bir müddət əvvəl Səbayel Rayon Məhkəməsinə müraciət edib və təxminən bir ay əvvəl hakim Fuad Hüseynovun sədrliyi ilə iddia təmin edilib. Buna baxmayaraq, qəzet və partiya rəhbərliyi binanı tərk etməyib və məsələ ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət edib. İ. Quliyev bu günlərdə Apellyasiya Məhkəməsinin Səbayel rayon Məhkəməsinin qərarını qüvvədə saxladığını qeyd edib. Məhkəmə cavabdeh tərəflərin xahişini nəzərə alaraq, onların 3 aydan sonra qərargahı tərk etməsinə razılıq verib. İ. Quliyev icarə müqaviləsini pozmasının, partiya və qəzeti binadan çıxarmasının səbəblərinə aydınlıq gətirməyib.
Maraqlıdır ki, icarə müqaviləsinin tərəflərindən biri olan ACP sədrinin müavini Yaqub Abbasov APA-ya məsələdən xəbərsiz olduğunu bildirib və bu barədə danışmaq istəməyib. ACP sədri Akif Şahbazov da eyni mövqe nümayiş etdirib. ACP liderinin müşaviri Zəminə Dünyamalıyeva isə məsələdən xəbərdar olduğunu qeyd edib: “Hələlik partiyanın hansı addım atacağı, harada məskunlaşacağı müəyyənləşdirməyib. Yəqin ki, bu barədə lazımı addımlar atılacaq”. Z. Dünyamalıyeva İ. Quliyevin addımına münasibət bildirmək istəmədiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR