Bank Of Baku

Elmar Məmmədyarov: “Ermənistanın yeni hökuməti Cənubi Qafqazda dördüncü dövlətə yer olmadığını anlamalıdır”

Elmar Məmmədyarov: “Ermənistanın yeni hökuməti Cənubi Qafqazda dördüncü dövlətə yer olmadığını anlamalıdır”
# 24 aprel 2008 13:05 (UTC +04:00)
XİN-in mətbuat katibi Xəzər İbrahimin Latviyadan APA-ya verdiyi məlumata görə, nazirlər hökumətlərarası komissiyanın bu ilin yayında keçiriləcək iclasını, Latviya müdafiə nazirinin Azərbaycana planlaşdırılan səfərini və digər məsələləri müzakirə ediblər. M. Riekstins Azərbaycanla enerji, Avropa və avroatlantik məsələlər başda olmaqla, müxtəlif sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olduqlarını bildirib. Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışan E. Məmmədyarov isə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Latviyaya təşəkkür edib. O, Cənubi Qafqazda 4-cü dövlətə yer olmadığını vurğulayıb: “Ermənistanın yeni hökuməti bunu nəzərə almalı və danışıqlarda konstruktiv mövqe tutmalıdır. Münaqişənin həlli üçün başqa yol yoxdur”. Görüşdə müxtəlif sahələrdə (o cümlədən hüquqi, viza və maliyyə) 12 ikitərəfli sazişin ekspertlər tərəfindən hazırlanması haqqında razılıq əldə edilib. E. Məmmədyarov prezident İlham Əliyevin Latviya prezidentinə ünvanladığı dəvət məktubunu həmkarına verib və öz adından M. Riekstinsi Azərbaycana dəvət edib. Görüşdən sonra birgə mətbuat konfransı keçirilib.
Latviyaya səfərini tamamlayan Azərbaycanın xarici işlər naziri Estoniyaya yola düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR