Bank Of Baku

AMİP Mərkəzi Şurasının sədri və baş katib istefa vermək niyyətində deyil

AMİP Mərkəzi Şurasının sədri və baş katib istefa vermək niyyətində deyil
# 24 aprel 2008 13:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “AMİP Mərkəzi Şurasının sədrliyindən istefa verib-verməmək mənim müstəsna hüququmdur”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının sədri Əli Ələkbərov partiyanın sədrliyinə namizəd, Goranboy rayon təşkilatının sədri Fəqani Məhərrəmovun partiya rəhbərliyini istefaya çağırmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, F. Məhərrəmov fikirlərini əsaslandırmalıdır: “O, fikirlərini mətbuata çıxarmazdan əvvəl Mərkəzi Şuranın iclasında səsləndirməli, biz də bunların nə qədər əsaslı olduğunu müəyyənləşdirməli idik. Amma bizə heç bir söz demədən mətbuatda tələb irəli sürmək düzgün deyil”.
F. Məhərrəmovun istefaya çağırdığı partiyanın baş katibi Fuad Muxtarov da ittihamları əsassız hesab edir. Onun sözlərinə görə, onsuz da partiyanın qurultayında baş katib hesabat verdikdən sonra səlahiyyəti başa çatmış olacaq: “İndiki məqamda isə səlahiyyətləri dondurmaq partiyanın ümumi işinə ziyandır. Fəqani Məhərrəmovun fikirlərinin müəyyən qismini qəbul etmək, haqlı saymaq olar, amma hamısını yox. Çünki məsələyə kompleks baxmaq laxımdır. Hazırda ölkədəki siyasi şərait, partiyalara yaradılan imkan bundan artıq fəaliyyət göstərməyə imkan vermir. Hər şey ölkədəki vəziyyətdən asılıdır. İmkanlar kifayət qədər məhduddur. Məhdudiyyət altında normal fəaliyyət göstərmək mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR