Bank Of Baku

Arif Hacılı: “Bəzi partiyaların prezident seçkilərini boykot etmək niyyəti hakimiyyəti narahat etməlidir”

Arif Hacılı: “Bəzi partiyaların prezident seçkilərini boykot etmək niyyəti hakimiyyəti narahat etməlidir”
# 24 aprel 2008 14:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Digər müxalifət partiyalarının prezident seçkilərini boykot etməsi bizi o qədər də narahat etmir”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O bildirib ki, bəzi partiyaların prezident seçkilərini boykot etmək niyyəti digər siyasi qurumları yox, hakimiyyəti narahat etməlidir: “Azərbaycandakı siyasi qüvvələrin bir çoxu haqlı olaraq ölkədə demokratik seçkilərin keçirilməsi üçün şəraitin olmadığını və bu seçki komissiyaları ilə ədalətli seçkilərin keçirilməsinin mümkünsüzlüyünü bəyan edərək boykot yolu tutublar. Hakimiyyət bu barədə düşünməli və müvafiq islahatlar aparmalıdır”. Müsavatın seçkiləri boykot etmək fikrində olmadığını vurğulayan A. Hacılının sözlərinə görə, partiya seçkilərdə iştirak qərarı verib və seçki hazırlığı aparır: “Biz boykot yolu tutmasaq da, bu mövqedə olanlara hörmətlə yanaşırıq və hesab edirik ki, belə çağırışlar səsləndirən qüvvələrin arqumentləri kifayət qədər ciddidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR